Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava koronavirusa yoluxub.
İnterPress.ge xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.
Məlumata görə o, hal-hazırda özünü yaxşı hiss edir və müalicəsini evdən dəvam etdirir.
