—

Səhiyyə naziri karantinə alınanların hansı ölkələrin vətəndaşları olduğunu açıqladı

1,893
Səhiyyə naziri karantinə alınanların hansı ölkələrin vətəndaşları olduğunu açıqladı
Dinləmək üçün basın

Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.

Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Nazirin sözlərinə görə, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, 4-ü Gürcüstan vətəndaşıdır.

“Beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır”, -deyə nazir qeyd edib.

Tikaradze bildirib ki, bu mərhələdə Gürcüstanda geniş yayılmış koronavirus riski yoxdur.

“Əhalini əmin edirəm ki, hazırda Gürcüstanda geniş yayılmış koronavirus riski yoxdur və buna görə də epidemiya təhlükəsi yoxdur.

Koordinasiyalı işimizi davam etdiririk və hazırda yoluxmuş insanlarla sıx təmasda olan və yüksək riskli ərazilərdən Gürcüstana gələn vətəndaşların karantini üçün kifayət qədər yer var. Bu yerlər Gürcüstanın fərqli yerlərində yerləşir. Onlar üçün əlverişli şəraitin yaradılmasına çalışırıq. Batumidə, eləcə də Kutaisidə yerləşən xəstəxanaları səfərbər etmişik, bir neçə xəstəxana da Tbilisidədir”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →