—

Çexiyada gecələr küçəyə çıxmaq qadağan olundu

481
Çexiyada gecələr küçəyə çıxmaq qadağan olundu
Dinləmək üçün basın

Çexiya hökuməti COVID-19 xəstəliyinə yoluxmanın artmasına qarşı mübarizə üçün vətəndaşlara oktyabrın 28-dən noyabrın 3-dək axşam saat 21:00-dan səhər saat 05:00-a qədər küçəyə çıxmağı qadağan edib.

Çexiya hökuməti COVID-19 xəstəliyinə yoluxmanın artmasına qarşı mübarizə üçün vətəndaşlara oktyabrın 28-dən noyabrın 3-dək axşam saat 21:00-dan səhər saat 05:00-a qədər küçəyə çıxmağı qadağan edib.

Bu barədə InterPress.ge "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, işə getmək və digər təcili tədbirlər, həmçinin ev itlərini mənzildən 500 metrə qədər məsafədə gəzdirmək istisna təşkil edir.

Vətəndaşlar gündüz işə getmək üçün evdən çıxa, qohumlara baş çəkə, ərzaqlar və dərmanlar ala bilərlər.

Qeyd edək ki, Çexiyada koronavirusa yoluxma halları artır. Son məlumatlara görə, ölkədə 162 866 COVID-19 xəstəsi aşkarlanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

232 nəfəri məhkum əfv edildiQardabanidə iş adamına silahlı hücum olubİrakli Kirçxalia: Surroqatlıq tam qadağan ediləcək, “in vitro” isə sərt tənzimləmə altında qalacaqNika Qvaramia: “Utancverici və mənfur qərardır! Patriarxlıqla ‘razılaşmaq’ məqsədilə minlərlə qadını analıq imkanından məhrum edirlər!”Gürcüstanda surroqatlığın qadağan edilməsi ilə bağlı qərar qəbul edildiSon xəbərlərə bax →