—

Nika Qvaramia: “Utancverici və mənfur qərardır! Patriarxlıqla ‘razılaşmaq’ məqsədilə minlərlə qadını analıq imkanından məhrum edirlər!”

20
Nika Qvaramia: Avropa İttifaqının indi etdiyi şey böyük bir səhv idi
Dinləmək üçün basın

“Dəyişikliklər uğrunda Koalisiya”nın lideri Nika Qvaramia sosial şəbəkədə Gürcüstanda surroqatlığın qadağan edilməsi ilə bağlı “Gürcü Arzusu”nun qərarına münasibət bildirib.

Qvaramia yazır ki, ölkədə demoqrafik vəziyyət tam fəlakət həddindədir.

“Utancverici və mənfur qərardır! Patriarxlıqla ‘razılaşmaq’ məqsədilə minlərlə qadını analıq imkanından məhrum edirlər! Uşaq dünyaya gətirməkdən çəkinən qadınları deyil, sağlamlıq vəziyyətinə görə bunu edə bilməyən qadınları! Neçə gürcü ailəsini xoşbəxtlikdən məhrum edirlər! Daha neçə uşaq dünyaya gəlməyəcək! Və bütün bunlar demoqrafik fəlakətin yaşandığı bir ölkədə baş verir!” – Qvaramia yazıb.

Məlumat üçün bildirək ki, Gürcüstanda surroqatlığın qadağan edilməsi planlaşdırılır. Bu barədə bu gün parlament çoxluğunun iclasından sonra məlumat verilib. Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya iclasdan sonra bildirib ki, bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal kommunikasiya aparılır və müvafiq qanun layihəsi yaxın vaxtlarda təşəbbüs olaraq parlamentə təqdim ediləcək.

Onun sözlərinə görə, qərarın əsas səbəbi surroqatlıqla bağlı ciddi etik və hüquqi risklərdir.

Xəbəri qiymətləndir

Son xəbərlər

İrakli Kirçxalia: Surroqatlıq tam qadağan ediləcək, “in vitro” isə sərt tənzimləmə altında qalacaqGürcüstanda surroqatlığın qadağan edilməsi ilə bağlı qərar qəbul edildiLaşa Parulava: “Məmuka Mdinaradzeyə 73 gün dövlət mühafizəsi adı altında nəzarət edilib, yəni onu faktiki ev dustaqlığında saxlayıblar”“Gürcü Arzusu”nda çoxluğun iclası keçirilirMamuka Mdinaradze dövlət mühafizəsindən məhrum edildiSon xəbərlərə bax →