—

"Avropalı Gürcüstan" Kutaisidə əhali ilə yekunlaşdırıcı seçki qabağı göruş keçirib

688
"Avropalı Gürcüstan" Kutaisidə əhali ilə yekunlaşdırıcı seçki qabağı göruş keçirib
Dinləmək üçün basın

“Avropalı Gürcüstanının” lideri Davit Bakradze, partiyanın İmereti rayonunun majoritar namizədləri Akaki Boboxidze, Gigi Tsereteli və Serqo Ratiani ilə bərabər, Kutaisidə sabiq parlament binasının qabağında əhali ilə…

“Avropalı Gürcüstanının” lideri Davit Bakradze, partiyanın İmereti rayonunun majoritar namizədləri Akaki Boboxidze, Gigi Tsereteli və Serqo Ratiani ilə bərabər, Kutaisidə sabiq parlament binasının qabağında əhali ilə yekunlaşdırıcı seçkiqabağı görüş keçirib.

InterPress.ge xəbər verir ki, Bakradze qeyd edib ki, 31 oktyabr qərar verici dəyişikliklər günü olacaq və bu dəyişiklikləri “Avropa Gürcüstanı”-nın kompetent dəstəsi başladacaq.

Davit Bakradzenin dediyinə görə, Kutaisi parlamentinin binası, İvanişvili iqtidarının layihələri, ölkənin inkişafını necə dayandırdığının simvoludur.

“Sizi Kutasidə, İmeretidə, bu binanın fonunda qarşılayıram, hansı ki, dayandırılmış Gürcüstanın, yarıda buraxılmış layihələrin, dayandırılmış ölkənin, perspektivsizliyin, ümidsizliyin, bataklığın simvoludur, hansına Gürcüstanı İvanişvili iqtidarı və “Gürcü Arzusu” gətirib saldı.

Bizim bugünki görüşümüzün məqsədi bu ümidsizliyə, perspektivsizliyə, yoxsulluğa və çətinliklərə son qoymaq və birlikdə yeni ölkə inşaat edib, Gürcüstanı irəli aparmaqdır.

Bəli, 31 oktyabr o gündür, hansında növbəti dörd ildə necə bir ölkə istədiyimiz barədə seçimimizi etməliyik. Ölkədə yığılan problemləri isə, hamımız yaxşı bilirik.

Problemlərin həlli üçün ölkəyə bir dəstə lazımdır və o dəstə, öz baxışı, tərkibi və kompetensiyası ilə problemləri həll edə bilən və ölkəyi irəli aparan “Avropalı Gürcüstandır”, – dedi Bakradze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiSəma Həsənova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →