Daha iki Gürcüstan vətəndaşı Gürcüstan-Azərbaycan sərhədindəki Qırmızı Körpü gömrük keçid məntəqəsindən birbaşa Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına aparıldı,
Bu barədə InterPress.ge Birinci Kanala istinadən xəbər verir.
Test zamanı hər iki vətəndaşda hərarət olub. Hal-hazırda kişilər tibbi nəzarətdədirlər, koronavirus testi alacaqlar. Digər detallar hələ açıqlanmayıb.
