—

Vahid Milli Hərəkat partiyasının üzvü Dmanisidə baş verənlərə münasibət bildirib

569
Vahid Milli Hərəkat partiyasının üzvü Dmanisidə baş verənlərə münasibət bildirib
Dinləmək üçün basın

Dünən Dmanisidəki Gürcü Arzusu ofisi yaxınlığında baş verən hadisə zamanı Gürcü Arzusunun üzvləri bir-birlərinə atəş açıblar. InterPress.ge xəbər verir ki, bu barədə Milli Hərəkat partiyasını üzvü Dimitri Şaşkin deyib…

Dünən Dmanisidəki Gürcü Arzusu ofisi yaxınlığında baş verən hadisə zamanı Gürcü Arzusunun üzvləri bir-birlərinə atəş açıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Hərəkat partiyasını üzvü Dimitri Şaşkin deyib.

“Bu dəstə üzvləri arasında ilk qarşıdurma Bolnisidə baş verdi, Gürcü Arzusunun qərargahından göndərilən külli miqdarda pul Tbilisidən yoxa çıxdı, ancaq bu silahlanmaya səbəb olmadı. Ancaq eyni şey dünən Dmanisidə oldu, pulu bölə bilmədilər. Şahidlər, Gürcü Arzusu ofisindən çıxan pul və benzin kuponları ilə bağlı atışmadan əvvəl güclü bir mübahisənin olduğunu və bunun ardınca atəş edildiyini ifadə etdilər. İki nəfər ayaqlarından, biri bədəndən yaralanıb, hamısı Gürcü Arzusu, Qoqi Meşveliani heyətinin üzvüdür. Bu dəstə dayanmazsa, hər şey çox pis bitəcək, həmişə bir-birlərinə atəş edirlər.

Bu insanlar tutulmalı və bu dəstənin liderinə qarşı tədbir görülməlidir. Qoqi Meşveliani bu problemi etiraf etmək əvəzinə, Milli Hərəkat və Qaxa Okriaşvilinin aktivistlərini vurduqlarını, silah çəkib bir-birlərinə atəş etdiklərini söylədi. Polisdən böyük bir problem yaşanmadan əvvəl tədbir görməsini xahiş edirik",- dedi Dimitri Şaşkin.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →