—

Azər Süleymanov: “Xocalı soyqırımını bütün dünya tanımalıdır”

1,369
Azər Süleymanov: “Xocalı soyqırımını bütün dünya tanımalıdır”
Dinləmək üçün basın

“Azərbaycanın Xocalı şəhərində 28 il öncə törədilən qətliamı bütün dünya soyqırımı kimi tanımalıdır”.

“Azərbaycanın Xocalı şəhərində 28 il öncə törədilən qətliamı bütün dünya soyqırımı kimi tanımalıdır”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bildirib.

Onun sözlərinə görə, bu faciənin soyqırımı olması barədə faktlar mövcuddur: “Xocalı faciəsi yalnız ildönümü günündə deyil, ilboyu xatırlanmalı və bu barədə faktlar dünya ictimaiyyyətinə fəal olaraq çatdırılmalıdır”.

A.Süleymanov Gürcüstan parlamentində Xocalı soyqırımı ilə bağlı bir neçə dəfə çıxış etdiyini və qanunverici orqanın faciəyə qiymət verməsi məsələsini qaldırdığını qeyd edib.

Deputat Xocalı həqiqətlərinin Gürcüstan ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı tanıtım aksiyalarına ehtiyacın olduğunu deyib.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →