—

Tbilisidə Xocalı faciəsinin ildönümü ilə bağlı qanvermə aksiyası keçirilib - FOTO

757
Tbilisidə Xocalı faciəsinin ildönümü ilə bağlı qanvermə aksiyası keçirilib - FOTO
Dinləmək üçün basın

Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində könüllü qanvermə aksiyası təşkil edib.

Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində könüllü qanvermə aksiyası təşkil edib.

InterPress.ge Reporta istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin inzibati binasında keçirilən aksiyada ilk olaraq Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov qan veriblər.

Könüllü qan verənlər arasında səfirlik əməkdaşları, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları, azərbaycanlı iş adamları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin işçiləri və soydaşlarımız da olub.

Gün ərzində davam edəcək qanvermə aksiyasında toplanacaq qan Natalia Kvantaliani adına Mərkəzi Qan Bankında saxlanılacaq və ehtiyacı olan şəxslərin əksəriyyətinə təmənnasız olaraq təqdim olunacaq.

Faciənin ildönümü ilə bağlı səfirliyin foyesində Xocalı qətliamını əks etdirən fotoşəkillər də sərgilənib. Diplomatik nümayəndəlikdə Azərbaycanın dövlət bayrağı yarıya qədər endirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →