—

Səkkiz ölkə Ayda tədqiqatlar aparacaq

624
Səkkiz ölkə Ayda tədqiqatlar aparacaq
Dinləmək üçün basın

ABŞ və daha yeddi ölkə - Avstraliya, Kanada, Yaponiya, Luksemburq, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri ötən gün NASA-nın “Artemis müqaviləsi”ni imzalayıb.

ABŞ və daha yeddi ölkə - Avstraliya, Kanada, Yaponiya, Luksemburq, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri ötən gün NASA-nın “Artemis müqaviləsi”ni imzalayıb.

InterPress.ge xarici KİV-ə istinadən xəbər verir ki, NASA (Milli Aeronavtika və Fəza Administrasiyası) Ay tədqiqatlarını vahid çərçivəyə salmağı hədəfləyən beynəlxalq platform olaraq düşünülən “Artemis müqaviləsi” üzərində çalışmaları barədə hələ may ayında, Dövlət Departamenti və Milli Fəza Şurası ilə Ay tədqiqatlarına dair qaydalar hazırladıqlarından sonra elan etmişdi. Proqram çərçivəsində Aya tədqiqat robotları və astronavtlar, o cümlədən ilk dəfə qadın göndərmək, Aydan torpaq və buz nümunələrini gətirmək də nəzərdə tutulur.

Artemis müqaviləsinin yekun sənədində Ayda mədənçilik fəaliyyəti, Ay səthinə dair ziddiyyətlərin aradan qaldırılması yolları kimi məsələlərə dair qaydalar təsbit olunub.

İmzalama mərasimindən əvvəl mətbuatla görüşü zamanı NASA rəhbəri Cim Braydenstayn (Jim Bridenstine) başlıca hədəflərinin Ay tədqiqatlarına dair hər kəsi vahid platformda toplamaq, habelə bununla bağlı gələcəkdə anlaşmazlıqların, ziddiyyətlərin qarşısını almaq olduğunu qeyd edib: “Biz hər ölkənin razılaşa biləcəyi müəyyən davranış normalarını bərqərar etməyə çalışırıq”.

“Artemis müqaviləsi”nə maraq göstərən daha bir sıra ölkə ilə danışıqlar aparıldığı, bu ölkələr arasında fəza tədqiqatları sahəsində liderlərdən olan Rusiya və Çinin olmadığı da diqqətə çatdırılıb.

“Artemis müqaviləsi” üçün rəhbər müddəaların 1967-ci ildə imzalanmış Xarici Fəza Sazişində yer aldığı da bildirilib. Həmin sənəd fəza tədqiqatlarının yalnız dinc məqsədlərə xidmət etməsi, fəzada kütləvi qırğın silahlarının yerləşdirilməməsi, yaxud Ayın ayrı-ayrı dövlətlərin suverenliyinə daxil edilməməsi kimi prinsipləri nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →