—

Mərkəz rəhbəri toylarla bağlı çağırış etdi

2,657
Mərkəz rəhbəri toylarla bağlı çağırış etdi
Dinləmək üçün basın

“K oronavirusun yayılmasının qarşısını almaq üçün maska taxmaqla yanaşı geniş miqyaslı toy və mərasim günləri də daxil olmaqla böyük toplantılardan çəkinməyə çağırıram ”

“Koronavirusun yayılmasının qarşısını almaq üçün maska taxmaqla yanaşı geniş miqyaslı toy və mərasim günləri də daxil olmaqla böyük toplantılardan çəkinməyə çağırıram”

İnterPress.ge xəbər verir kİ, bu haqda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze xalqa müraciət edib.

Amiran Qamğrelidzenin açıqlamasına görə, maska taxmaq, yoluxma riskini 50 - 75% arasında azaldır, bu səbəbdən də xalqa açıq məkanlarda maska taxmağı məsləhət görürük.

"Dünən ən yüksək reytinqli jurnallardan yeni məlumatlar toplamışam. Ən yaxşı qoruma vasitəsi maska taxmaqdır. Bu günki gündə məsafə saxlamağın mümkün olmadığı yerlərdə, həm qapalı, həm də açıq məkanlarda taxmaq vacibdir. Yenə də hər kəsi bu soyuq dövrdə açıq məkanlarda maska taxmağa çağırıram. Maska taxdıqda infeksiyanın yayılma riski 50 - 75% azalır. Maska taxmaq, məsafə saxlamaq lazımdır və xahiş edirəm böyük toplantılardan çəkinin, bir müddət izdihamlı yığıncaqlar olmasın. 1 il bu qaydalara riayət edək, Normal dövrə geri qayıdacağıq, ancaq əvvəlcə bu dövrü keçməliyik"- dedi A. Qamğrelidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiSəma Həsənova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →