Samtredia şəhərinin girişində baş verən yol qəzası nəticəsində 5 nəfər ölüb
Bu barədə InterPress.ge Rustavi 2 kanalına istinadən xəbər verir.
Məlumata görə, TR və minik avtomobili toqquşub. Avtomobilin bütün sərnişinləri ölüb.
Hadisə yerinə təcili yardım briqadaları və patrul polisi səfərbər olunub.
Faktla bağlı istintaq başlanılıb.
