Gürcüstan əhalisinin 34%-i Gürcü Arzusu Partiyasına səs verməyə hazırdır.
InterPress.ge xəbər verir ki, bu nəticə İPSOS şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçıları Gürcü Arzusundan sonrakı yerdə Vahid Milli Hərəkat Partiyasının (29%) qərarlaşdığını bildirib.
Növbəti pillələrdə Avropa Gürcüstanı Partiyası (10%), Leyborist Partiyası (6%), Vətənpərvərlər Alyansı (5%), Lelo Partiyası (3%), Qirçi Partiyası (3%) və digərləri qərarlaşıb.
Bidzina İvanişviliyə neqativ münasibət göstərənlərin sayı isə 51%-ə qalxıb.
