—

Donald Tramp ABŞ-dakı erməniləri məyus etdi

1,288
Donald Tramp ABŞ-dakı erməniləri məyus etdi
Dinləmək üçün basın

ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda bir neçə gündür daha da dərinləşən münaqişə ilə bağlı sükutu Birləşmiş Ştatların erməni icmasını narahat edir.

ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda bir neçə gündür daha da dərinləşən münaqişə ilə bağlı sükutu Birləşmiş Ştatların erməni icmasını narahat edir.

“Report” xəbər verir ki, bu barədə “The Hill” yazıb. Məlumata görə, ermənilər Tramp administrasiyasının mövcud mövqeyindən narazıdırlar. Nəşr bildirib ki, Birləşmiş Ştatların 1,5 milyon nəfərdən erməni icması prezidentin mövqeyinə etiraz edirlər.

Qeyd edilir ki, ermənilər ötən həftə Trampa qarşı etirazlarını ifadə etmək üçün Ağ Ev qarşısında toplaşıblar.

"Trampdan heç olmasa sülh çağırışlı bir tvit, biz hətta indi Ermənistanın dəstəkdən danışmırıq, hər şey çox sadədir. Və hətta bu da olmur", - etiraz aksiyasında iştirak etmiş Arsen Xaratyan deyib.

Bununla yanaşı, ermənilər qeyd ediblər ki, bu məsələ çətin ki, prezident seçkilərinə ciddi təsir etsin.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →