—

Gürcüstandan 112 xarici ölkə vətəndaşı deportasiya edilib

217
Gürcüstandan 112 xarici ölkə vətəndaşı deportasiya edilib
Dinləmək üçün basın

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 112 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 112 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Pakistan, Misir, Banqladeş, Rusiya, Azərbaycan, Türkmənistan, İraq, Hindistan, Livan, Mərakeş, Nigeriya, Ermənistan, Türkiyə, Burundi, Vyetnam, Keniya, İordaniya, Nepal, Uqanda və digər ölkələrin ümumilikdə 112 vətəndaşı Gürcüstandan deportasiya edilib.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →