—

İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 2 xarici vətəndaş saxlanılıb

316
İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 2 xarici vətəndaş saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 2 xarici ölkə vətəndaşını Acarıstanda saxlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 2 xarici ölkə vətəndaşını Acarıstanda saxlayıblar.

InterPress.ge xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılan şəxslər Almaniyanın hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır kateqoriyalı cinayətlər, o cümlədən hədə-qorxu ilə pul tələb etmək məqsədilə adam oğurluğu, zorlama və sağlamlığa xəsarət yetirmə ittihamları üzrə axtarışda olublar.

“Saxlanılan şəxslər barələrində beynəlxalq axtarış elan edilməzdən əvvəl Gürcüstan sərhədini keçiblər. Hazırda saxlanılan şəxslərlə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir”, – məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →