Gürcüstanın Telavi bələdiyyəsinin Vanta kəndində pensiyaçı qadın qarət olunub.
InterPress.ge xəbər verir ki, yaşı 70-ə yaxın olan qadının evinə bir neçə silahlı və maskalı şəxs daxil olub.
Mövcud məlumata görə, maskalı şəxslər qadının əl-qolunu bağlayaraq onu pul və qiymətli əşyaları harada saxladığını deməyə məcbur ediblər. Nəticədə, onlar təxminən 7 min lari nağd pul və qızıl-zinət əşyalarını aparıblar.
Kənd sakinlərinin sözlərinə görə, qadın evdə tək yaşayır və əsas gəlir mənbəyi kənd təsərrüfatıdır.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin quldurluğu nəzərdə tutan 178-ci maddəsi ilə istintaq aparılır.
