İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN-in məlumatına görə, saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi əsasında xuliqanlıq və özgə əmlakını qəsdən zədələmə ittihamları ilə axtarışda olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlayıblar.
Hazırda saxlanılan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan prosedurlar həyata keçirilir.
