—

Gürcüstandan son günlərdə 85 əcnəbi ölkədən çıxarılıb

362
Gürcüstandan son günlərdə 85 əcnəbi ölkədən çıxarılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində ölkədə qanunsuz qalan 85 əcnəbi vətəndaşı Gürcüstandan çıxarıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində ölkədə qanunsuz qalan 85 əcnəbi vətəndaşı Gürcüstandan çıxarıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Azərbaycan, Rusiya, Misir, Belarus, Özbəkistan, Efiopiya, İordaniya, Kuba, Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Tailand, Filippin və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 85 nəfər Gürcüstandan deportasiya edilib.

Qüvvədə olan qanunvericiliyə əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən indiyədək Gürcüstandan ümumilikdə 2 726 qanunsuz əcnəbi çıxarılıb. Bu göstərici ötən ilin bütün ili üzrə qeydə alınan rəqəmdən iki dəfə çoxdur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →