Gürcüstanın Saqareco bələdiyyəsinin Manavi kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, qəza bir neçə saat əvvəl baş verib.
Yerli sakinlərin məlumatına görə, hadisə zamanı qarşı-qarşıya hərəkətdə olan iki minik avtomobili və Kaxeti istiqamətində turistləri aparan mikroavtobus toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən Saqarecodakı “Geo Hospitals” klinikasına aparılıb.
Yaralılardan birinin — qadının vəziyyətinin ağır olduğu bildirilir. O, helikopterlə Tbilisiyə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
