—

Tbilisidə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin fəaliyyətinin bir ili qeyd olunub - FOTO

542
Tbilisidə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin fəaliyyətinin bir ili qeyd olunub - FOTO
Dinləmək üçün basın

20 avqust 2026-cı il tarixində Tbilisidə yerləşən “Hilton” otelində Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi – “GASU”nun fəaliyyətinin bir illiyinə həsr olunmuş tədbir keçirilib.

20 avqust 2026-cı il tarixində Tbilisidə yerləşən “Hilton” otelində Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi – “GASU”nun fəaliyyətinin bir illiyinə həsr olunmuş tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə “GASU”nun rəhbəri Aytəkin Allahverdiyeva qurumun bir illik fəaliyyəti ərzində həyata keçirilən layihələr və görülən işlərlə bağlı hesabat təqdim edib.

Daha sonra “GASU” üzvləri Nigar Məmmədova, Aylin Hümbətova, Sara İsgəndərova, Firəngiz Hüseynova, Lalə Babayeva, Elvina İsmayılova, Bağda Əliyeva, Zeynəb Nurmamedova və Mehdi Əhmədov çıxış edərək birliklə bağlı fikirlərini bölüşüb, “GASU”nun həyatlarında və şəxsi inkişaflarında oynadığı roldan danışıblar.

Tədbir çərçivəsində Azərbaycanda fəaliyyət göstərən “Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərova “Gənclər sahəsində Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına görə”, “OXU Təhsil Mərkəzi”nin rəhbəri Murad Muradova isə “Tələbələrin inkişafına verdiyi töhfəyə görə” plaket təqdim olunub.

Plaketləri “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru və “GASU”nun təsisçisi Emin Əhmədov təqdim edib.

Həmçinin “GASU” tərəfindən təşkil olunan “WUF 26 Tbilisi” simulyasiya müsabiqəsinin qalibi Zeynəb Nurmamedova simvolik hədiyyə ilə mükafatlandırılıb.

Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri və qonaqlar çıxışlarında gənclərə uğurlar arzulayıb, “GASU”nun fəaliyyətinin davamlı olmasının və gənclərin inkişafına yönəlmiş layihələrin əhəmiyyətini vurğulayıblar.

Tədbirin aparıcılığını gənc fəal Ruxsara Məmmədova edib.

Tədbirin sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →