—

3 nəfər qanunsuz silah və sursat saxlama ittihamı ilə saxlanılıb

503
3 nəfər qanunsuz silah və sursat saxlama ittihamı ilə saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Samqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş polis tədbirləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və…

Gürcüstan Daxili İşlər Nazirliyinin Samqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş polis tədbirləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə 3 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Polis əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində müxtəlif modelli qanunsuz odlu tapançalar, daraqlar və döyüş patronlarını maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Sözügedən maddə 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →