—

Gürcüstanda 20 500 ABŞ dolları məbləğində saxta valyuta dövriyyəyə buraxan iki nəfər saxlanılıb

436
Gürcüstanda 20 500 ABŞ dolları məbləğində saxta valyuta dövriyyəyə buraxan iki nəfər saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Sameqrelo–Zemo Svaneti Dairə Prokurorluğu ilə koordinasiya şəraitində keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda saxta…

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Sameqrelo–Zemo Svaneti Dairə Prokurorluğu ilə koordinasiya şəraitində keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda saxta valyutanın qrup halında dövriyyəyə buraxılması faktı üzrə iki nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, İstintaq Xidmətinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Acariya bölgəsində 20 500 ABŞ dolları məbləğində saxta 100 və 50 dollarlıq əskinasları dövriyyəyə buraxıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →