Xelvaçauridə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həyatını itirib, daha 1 nəfər isə yaralanıb.
InterPress.ge xəbər verir ki, hadisə mərkəzi avtomobil yolunda baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində qəza baş verib.
Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunublar.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə yol hərəkəti qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olan halları nəzərdə tutur.
