—

Gürcüstana qanunsuz silah və sursat gətirilməsinin qarşısı alınıb – iki nəfər saxlanılıb

517
Gürcüstana qanunsuz silah və sursat gətirilməsinin qarşısı alınıb – iki nəfər saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstana külli miqdarda odlu silah və sursatın qanunsuz…

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstana külli miqdarda odlu silah və sursatın qanunsuz gətirilməsi faktının qarşısını alıb, iki nəfəri saxlayıblar. Saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır.

InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Sarpi gömrük-keçid məntəqəsində və Poti dəniz limanında yerləşən gömrük rəsmiləşdirmə iqtisadi zonasında təqsirləndirilən şəxslərə məxsus avtomobillərə baxış keçiriblər.

Baxış zamanı maddi sübut kimi 500-ə yaxın döyüş patronu, iki pnevmatik idman silahı, 2 000-dən çox güllə gilizi, 900-ə yaxın giliz başlığı və odlu silah patronlarının hazırlanması üçün nəzərdə tutulmuş 2,5 kiloqram barıt götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 19-236-cı və 19-214-cü maddələri ilə istintaq aparılır. Bu maddələr 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →