İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İran ABŞ ilə imzalanmış qarşılıqlı anlaşma memorandumunun şərtlərinə əməl edir.
InterPress.ge xəbər verir ki, Abbas Əraqçi bu açıqlamanı ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə münasibət bildirərkən səsləndirib.
“İran öz sözünə əməl edir. ABŞ-ın özünü maliyyə naziri adlandıran rəsmisindən fərqli olaraq, biz qarşılıqlı anlaşma memorandumunun 9-cu bəndini pozmuruq”, – deyə Əraqçi bildirib.
Xatırladaq ki, ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun 9-cu bəndinə əsasən, yekun razılaşma əldə olunana qədər İran nüvə proqramının mövcud status-kvosunu qoruyub saxlamalı, ABŞ isə İrana qarşı yeni sanksiyalar tətbiq etməməli və regiona əlavə hərbi qüvvələr yerləşdirməməlidir.
