—

Marneuli, Bolnisi, Dmanisi və Tetritskaroda qaz kəsiləcək – 4 gün qaz olmayacaq

686
Marneuli, Bolnisi, Dmanisi və Tetritskaroda qaz kəsiləcək – 4 gün qaz olmayacaq
Dinləmək üçün basın

“Gürcüstan Qaz Nəqli Şirkəti” MMC Qırmızı Körpü–Tsalka–Axalkalaki magistral qaz kəmərinin 24,4 və 45,1-ci kilometrlərində planlaşdırılan yenidənqurma və reabilitasiya işləri aparacaq.

“Gürcüstan Qaz Nəqli Şirkəti” MMC Qırmızı Körpü–Tsalka–Axalkalaki magistral qaz kəmərinin 24,4 və 45,1-ci kilometrlərində planlaşdırılan yenidənqurma və reabilitasiya işləri aparacaq.

InterPress.ge xəbər verir ki, bununla əlaqədar 6 iyul saat 06:00-dan 9 iyul saat 09:00-dək Marneuli, Bolnisi, Dmanisi və Tetritskaro istiqamətlərində yerləşən qazpaylayıcı stansiyalar vasitəsilə təbii qaz alan abonentlərə qazın verilişi müvəqqəti dayandırılacaq.

Qaz təchizatı aşağıdakı yaşayış məntəqələrində dayandırılacaq:

Marneuli bələdiyyəsi: Ağqula, Marneuli şəhəri, İmir, Xixani, Tsereteli, İmircala, Böyük Muğanlı, Mirzovka, Qırmızı kənd, Lejbəddin, Bəylər, Daştəpə, Keşəli, Saimerlo, Aşağı Saral, Alget şərabçılıq təsərrüfatı, Tamarisi, Təkəli, İlməzlı, Hallavar, Ambarovka, Dioknisi, Xançıqazlı, Yuxarı Saral, Qaçağan, Qırıxlı, Xidisquri, Yenikənd, Yuxarı Qular, Axılmahmudlu, Aşağı Qular, Araflı, Qasımlı, Dəmyə Görarxı, Ulaşlı, Sadaxlı, Beytarafçi, Kirovka, Maradisi, Dəmyə, Ağməmmədli, Mollaoğlu, Quşçu, Zop, Baytallı, Sabirkənd, Xuldərə, Seyidqocalı, Əzizkənd, Burma, Hacısakənd, Şaumyan, Axlılələ, Baydar, Şulaveri, Təzəkənd, Cerakvi, Alget, Kürtlər və Sioni.

Dmanisi bələdiyyəsi: Qomareti, Qantiadi, Cavaxi, Tnusi, Şindili, Qızılkilsə, Dağaraxlı, İfnar, Yuxarı Qarabulağ, Yeni Qodağdağ, Aşağı Qarabulağ, Qızılacılı, Boslebi, Azkakliani, Maşavera, Böyük Dmanisi, Kiçik Dmanisi, Vardisubani, Dmanisi şəhəri, Aşağı Orozman, Yuxarı Orozman, Mtisdziri, Vake, Bazaqlı, Hamamlı, Məmişli, Səfərli, Tqispiri, Yırğançay, Pantiani, Dəllər, Yaqublu, Şahmarlı və Qəmərli.

Bolnisi bələdiyyəsi: Akaurta, Disveli, Vanati, Yuxarı Bolnisi, Msqneti, Ratevani, Raçisubani, Samtredo, Bolnisi kəndi, Aşağı Bolnisi, Xatissopeli, Bolnisi şəhəri, Kazreti qəsəbəsi, Baliçi, Tamarisi qəsəbəsi, Naxiduri, Parizi, Curtavi, Geta, Darvaz, Dzedzvnariani, Sipori, İtsria, Kianeti, Cavşanyani, Kveşi, Dzveli Kveşi, Potsxveriani, Çreşi, Tandzia və Xaxalçvari.

Şirkətin məlumatına görə, planlaşdırılan işlər başa çatdıqdan sonra təbii qazın verilişi abonentlərə mərhələli şəkildə bərpa olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →