—

Marneulidə cinayət hadisəsi baş verib - Bir nəfər saxlanıldı (VİDEO)

952
Marneulidə cinayət hadisəsi baş verib - Bir nəfər saxlanıldı (VİDEO)
Dinləmək üçün basın

Marneuli Rayon Polis İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurmaq ittihamı ilə bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində baş vermiş mübahisə zamanı həmkəndlisini soyuq silahla yaralayıb.

Yaralanan şəxsə tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.

Polis isti izlə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →