—

Gürcüstandan 126 xarici ölkə vətəndaşı deportasiya edilib

369
Gürcüstandan 126 xarici ölkə vətəndaşı deportasiya edilib
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində son günlər ərzində 126 xarici ölkə…

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində son günlər ərzində 126 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Rusiya, Özbəkistan, Vyetnam, Nigeriya, İordaniya, Burundi, Sudan, Çin, Əfqanıstan, Azərbaycan, Misir, Livan, Moldova, Filippin və digər ölkələrin ümumilikdə 126 vətəndaşı ölkədən çıxarılıb.

Nazirliyin məlumatına görə, 2026-cı ilin ilk altı ayı ərzində Miqrasiya Departamenti tərəfindən 2 036 qeyri-qanuni miqrant Gürcüstandan deportasiya olunub. Bu göstərici ötən ilin ümumi nəticəsini əhəmiyyətli dərəcədə üstələyir.

Bundan əlavə, qeyd olunub ki, 2026-cı il iyulun 1-dən Gürcüstanın "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanununa edilmiş dəyişikliklərin bir hissəsi qüvvəyə minib.

Nazirliyin bildirdiyinə görə, yeni qaydalar müasir miqrasiya çağırışlarına cavab verir, miqrasiya proseslərinin daha səmərəli idarə olunmasına və dövlət təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →