—

Tbilisi hava limanında 3 xarici vətəndaş saxlanılıb – Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd ediblər

398
Tbilisi hava limanında 3 xarici vətəndaş saxlanılıb – Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd ediblər
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetməsi və Koordinasiyası Baş İdarəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçməyə cəhddə ittiham olunan Küveytin iki və İranın bir…

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetməsi və Koordinasiyası Baş İdarəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçməyə cəhddə ittiham olunan Küveytin iki və İranın bir vətəndaşını müxtəlif vaxtlarda saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xarici ölkə vətəndaşlarını Tbilisi Beynəlxalq Hava Limanında, Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri zaman saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü və 362-ci maddələri ilə istintaq aparılır.

Bu maddələr təqsirləndirilən şəxslər üçün 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →