—

Marneulidə yerləşən "Geo Hospitals" klinikasının döyülən mühafizəçisi həyatını itirib

733
Marneulidə yerləşən "Geo Hospitals" klinikasının döyülən mühafizəçisi həyatını itirib
Dinləmək üçün basın

Marneulidə yerləşən "Geo Hospitals" klinikasının mühafizəçisi aprelin 11-də xidməti vəzifəsini yerinə yetirərkən məruz qaldığı fiziki zorakılıqdan sonra vəfat edib. Hadisə ictimaiyyət arasında ciddi rezonans doğurub.

InterPress.ge xəbər verir ki, "Geo Hospitals"un mühafizə əməkdaşı uzun müddət süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

InterPress.ge-yə ailə üzvlərinin verdiyi məlumata istinadən bildirir ki, insident xəstəxanada qəbul saatlarının başa çatmasından sonra baş verib. Belə ki, pasiyentin yaxınlarından biri orta yaşlı kişinin klinikaya buraxılmasını tələb edib. Mühafizəçi müəyyən edilmiş qaydalara uyğun olaraq bu tələbə imtina cavabı verdikdən sonra ona qarşı fiziki zorakılıq tətbiq olunub.

Məlumata görə, aldığı ağır xəsarətlər nəticəsində komaya düşən mühafizəçi bir müddət reanimasiya şöbəsində süni tənəffüs dəstəyi altında saxlanılıb. Lakin sonradan onun həyatını itirdiyi bildirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən bir nəfər saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →