—

Qonşusunu qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı kişi ölü tapılıb

325
Qonşusunu qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı kişi ölü tapılıb
Dinləmək üçün basın

Zuqdidi bələdiyyəsinin Oktomberi kəndində qonşusunu qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı kişi öz evinin yardımçı tikilisində ölü vəziyyətdə aşkarlanıb.

Zuqdidi bələdiyyəsinin Oktomberi kəndində qonşusunu qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı kişi öz evinin yardımçı tikilisində ölü vəziyyətdə aşkarlanıb.

InterPress.ge xəbər verir ki, mövcud məlumata görə, o, intihar edib. Hadisə yerində ekspert-kriminalistlər işləyirlər.

Xatırladaq ki, Oktomberi kəndində qətl hadisəsi bu gün səhər saatlarında baş verib. Məlumata əsasən, 70 yaşlı kişi 55 yaşlarında olan qonşusuna odlu silahla ölümcül xəsarətlər yetirib.

İlkin məlumatlara görə, hadisədən əvvəl tərəflər arasında mübahisə baş verib.

Hadisənin bütün təfərrüatları və baş vermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →