Tbilisinin Saburtalo rayonunda yerləşən yaşayış mənzillərindən birində orta yaşlı kişi və qadın ölü vəziyyətdə tapılıb.
InterPress.ge xəbər verir ki, hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır.
Həmin maddə intihara təhrik etmə və ya intihara çatdırma faktını nəzərdə tutur.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
.jpg)