Tbilisidə yerləşən hamamlardan birində iki nəfər ölü vəziyyətdə aşkarlanıb.
InterPress.ge xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.
Məlumata görə, hadisə yerində hazırda istintaq hərəkətləri aparılır və hüquq-mühafizə orqanlarının əməkdaşları faktın təfərrüatlarını araşdırırlar.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başlanıb. Həmin maddə intihara təhrik etmə və ya intihara çatdırma faktını nəzərdə tutur.
Hadisənin başvermə səbəbləri araşdırılır.
