Rusiya Ermənistandan sümükmeyvəli meyvələrin və üzümün idxalına məhdudiyyət tətbiq edir.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – Rosselxoznadzor bildirib ki, Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı və üzüm idxalına qoyulan məhdudiyyətlər iyunun 2-dən qüvvəyə minəcək.
Qurumun açıqlamasına görə, qərarın qəbul edilməsinə səbəb meyvə idxalı zamanı qeydə alınan pozuntular olub.
“Rusiyaya Ermənistan meyvələrinin idxalı zamanı pozuntuların sayı artıb”, – deyə Rosselxoznadzorun bəyanatında qeyd olunur.
Məhdudiyyətlərin hansı müddət ərzində qüvvədə qalacağı barədə hələlik əlavə məlumat verilməyib.
