—

Marneulili idmançı ermənistanlı rəqibini 17:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb

808
Marneulili idmançı ermənistanlı rəqibini 17:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb
Dinləmək üçün basın

Tbilisidə AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026 – GI & No-GI turniri keçirilib. Braziliya ciu-citsu üzrə təşkil olunan nüfuzlu yarışda Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də qonşu ölkələrdən gəlmiş…

Tbilisidə AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026 – GI & No-GI turniri keçirilib. Braziliya ciu-citsu üzrə təşkil olunan nüfuzlu yarışda Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də qonşu ölkələrdən gəlmiş idmançılar iştirak ediblər.

InterPress.ge xəbər verir ki, Abu Dhabi Jiu-Jitsu Pro (AJP) beynəlxalq turnirlər seriyasının tərkib hissəsi olan çempionatda Marneulidən olan idmançı Hacı-Murad Xəlilov 69 kq çəki dərəcəsində mübarizə aparıb.

Xəlilov ilk görüşündə Saba Tsiklauri üzərində 7:2 hesablı qələbə qazanaraq rəqibini təslimiyyətə məcbur edib və finala yüksəlib.

Final qarşılaşmasında onun rəqibi Ermənistandan olan Arno Hovhannisyan olub. Hacı-Murad Xəlilov həlledici görüşdə üstün performans nümayiş etdirərək rəqibini 17:0 hesabı ilə məğlub edib və onu təslimiyyətə məcbur edərək çempion adını qazanıb.

Beləliklə, Marneulili idmançı AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026 turnirinin qızıl medalına sahib olub və növbəti beynəlxalq yarışlar üçün reytinq xallarını artırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →