—

Tbilisidə Xocalı soyqırımını tanıtım aksiyası keçirildi - FOTO

1,219
Tbilisidə Xocalı soyqırımını tanıtım aksiyası keçirildi - FOTO
Dinləmək üçün basın

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tanıtım aksiyası keçirilib.

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tanıtım aksiyası keçirilib.

InterPress.ge xəbər verir ki, aksiyada "Xocalıya ədalət" yazılı jiletlər geyinən yerli azərbaycanlı gənclər şəhər sakinlərinə Xocalı qətliamı, Dağlıq Qarabağ münaqişəsinin tarixi və işğal altında olan rayonlar barədə məlumatların əks olunduğu gürcü dilində hazırlanan broşürlər paylayıblar.

Tbilisinin mərkəzində baş tutan aksiyada Gürcüstan ərazilərinin işğal faktına da diqqət çəkilib, ingilis və gürcü dillərində “İşğala yox!” şüarı səsləndirilib.

Maarifləndirmə aksiyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasına dəstək məqsədi daşıyıb.

Aksiya çərçivəsində kamançada həzin musiqilər ifa olunub, iştirakçılar Azərbaycan, gürcü və ingilis dillərində "Xocalıya ədalət!" şüarı səsləndiriblər.

Aksiya Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüs və dəstəyi, “Azərkitab” Kitab Mərkəzi və Gürcüstanın azərbaycanlı gənclərinin təmsil olunduğu Millətçi Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →