InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, xarici ölkə vətəndaşı olan kişi şəlaləyə daxil olub, lakin sudan çıxa bilməyib.
Hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb olunub.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə araşdırma başlanıb. Həmin maddə ehtiyatsızlıqdan insan ölümünə səbəb olmanı nəzərdə tutur.
