—

Bu tarixlərdə Gürcüstanda güclü yağış, dolu və fırtına gözlənilir

1,051
Bu tarixlərdə Gürcüstanda güclü yağış, dolu və fırtına gözlənilir
Dinləmək üçün basın

Gürcüstan Milli Ətraf Mühit Agentliyi mayın 29-30-da Gürcüstan ərazisində yağıntılı hava şəraitinin gözlənildiyini açıqlayıb.

Gürcüstan Milli Ətraf Mühit Agentliyi mayın 29-30-da Gürcüstan ərazisində yağıntılı hava şəraitinin gözlənildiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, agentliyin məlumatına görə, bəzi yerlərdə güclü yağış yağacaq, şimşək və dolu ehtimalı da var.

Bildirilib ki, qərb küləyi güclənəcək, ölkənin şərq hissəsində, o cümlədən paytaxt Tbilisidə arabir çox güclü külək əsəcək.

Dənizdə 4-5 ballıq fırtına gözlənilir.

Agentliyin məlumatına əsasən, gözlənilən intensiv yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda sel hadisələrinə, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və palçıq axınlarının yaranması və aktivləşməsinə səbəb ola bilər.

Qeyd olunub ki, təhlükə səviyyəsi orta qiymətləndirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →