—

DİN vətəndaşlara xəbərdarlıq etdi

1,510
DİN vətəndaşlara xəbərdarlıq etdi
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, bəzi vətəndaşlara Patrul Polisi Departamentinin adından saxta SMS bildirişləri göndərilir.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, bəzi vətəndaşlara Patrul Polisi Departamentinin adından saxta SMS bildirişləri göndərilir.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, mesajlarda vətəndaşların guya yol hərəkəti qaydalarını, xüsusilə sürət həddini aşdıqları üçün cərimələndikləri qeyd olunur və SMS-lərə xüsusi keçid linki də əlavə edilir.

Nazirlik vətəndaşlara müraciət edərək bildirib ki, həmin mesajlar Patrul Polisi Departamenti tərəfindən göndərilməyib və insanları aldadıcı təlimatlara əməl etməməyə çağırıb.

“Məlumat vermək istəyirik ki, qeyd olunan mesajlar Patrul Polisi Departamenti tərəfindən göndərilməyib. Vətəndaşlardan xahiş edirik yanlış yönləndirilməsinlər və mesajda göstərilən təlimatları yerinə yetirməsinlər”, – deyə açıqlamada bildirilir.

DİN əlavə edib ki, əlavə məlumat almaq istəyən şəxslər Patrul Polisinin Vahid Xidmət Mərkəzinə müraciət edə bilərlər.

Nazirliyin məlumatına görə, fakt aidiyyəti xidmət tərəfindən araşdırılacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →