—

Tbilisidə xarici ölkə vətəndaşı narkotik ittihamı ilə saxlanıldı

306
Tbilisidə xarici ölkə vətəndaşı narkotik ittihamı ilə saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaq…

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaq ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində və yaşadığı evdə aparılan axtarış zamanı satış məqsədilə hazırlanmış, 23 bağlamaya bölünmüş xüsusilə külli miqdarda “Metadon” narkotik vasitəsini maddi sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-cı prima maddələri ilə istintaq aparılır.

Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →