—

Qarşıdurma zəminində bıçaqlanma baş verib

287
Qarşıdurma zəminində bıçaqlanma baş verib
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları qəsdən adamöldürməyə cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları qəsdən adamöldürməyə cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Kutaisidə qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək bir kişiyə döş qəfəsi nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb.

Məlumata görə, yaralanan şəxsə tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi “isti izlərlə” təqsirləndirilən şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →