—

Tbilisidə Rusiya vətəndaşı külli miqdarda narkotiklə saxlanılıb

323
Tbilisidə Rusiya vətəndaşı külli miqdarda narkotiklə saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizəsinə şərait…

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizəsinə şərait yaratmaq ittihamı ilə Rusiya Federasiyası vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə saxlanılan şəxsin üzərində və müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı müxtəlif yerlərdən maddi sübut kimi xüsusilə külli miqdarda narkotik vasitələr, o cümlədən “kokain” və “metadon” aşkarlayaraq götürüblər.

Polis tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar və pul vəsaiti də müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260 prima maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →