—

“İnterpol”un qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı saxlanılıb

259
“İnterpol”un qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları və Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin əməkdaşları “İnterpol”un qırmızı bülleteni ilə…

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları və Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin əməkdaşları “İnterpol”un qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlərə görə “İnterpol”un qırmızı bülleteni ilə beynəlxalq səviyyədə axtarışda olub.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məhkum olunmuş şəxsi həyata keçirilən istintaq tədbirləri nəticəsində Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →