—

Gürcüstanda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

1,271
Gürcüstanda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
Dinləmək üçün basın

Səyyar ASAN xidmət vasitəsilə 5, 6 və 7 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və…

Səyyar ASAN xidmət vasitəsilə 5, 6 və 7 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi ilə bağlı xidmətlər həyata keçiriləcək. 

InterPress.ge xəbər verir ki, müraciət Elektron Növbə Portalından (appointment.mfa.gov.az/az) növbə götürməklə həyata keçiriləcəkdir.

Xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı aşağıda paylaşılmışdır. Hər hansı sənəd çatışmadığı təqdirdə xidmətdən yararlanmaq mümkün olmayacaqdır.

VACİB QEYD: Növbə götürmək üçün appointment.mfa.gov.az/az internet səhifəsinə daxil olaraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini seçərək 5, 6 və 7 iyun tarixlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi xidmətlərini seçməyiniz tələb olunur. Növbə götürdüyünüz vaxtdan 15 dəqiqə öncə Səfirlikdə olmağınız xahiş olunur.

Səfirliyin ünvanı: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →