—

Marneulidə aksiya zamanı saxlanılan hər iki şəxs yazılı bildiriş əsasında sərbəst buraxılıb

298
Marneulidə aksiya zamanı saxlanılan hər iki şəxs yazılı bildiriş əsasında sərbəst buraxılıb
Dinləmək üçün basın

Marneulidə aksiya zamanı saxlanılan hər iki şəxs yazılı bildiriş əsasında sərbəst buraxılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, qarşıdurma aksiya iştirakçılarının etiraz əlaməti olaraq yolu bağlamağa cəhd etməsindən sonra başlayıb. Fermerlər bildirirdilər ki, yerli istehsal etdikləri tərəvəz məhsullarını satmaqda çətinlik çəkirlər və məhsulu maya dəyərindən daha ucuz qiymətə satmağa məcbur qalırlar.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə məsuliyyətə cəlb olunmuşdular. Bu maddə hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamağı nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →