—

Tbilisidə avtomobil oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb

295
Tbilisidə avtomobil oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb
Dinləmək üçün basın

Tbilisidə quldurluq ittihamı ilə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtın Köhnə Tbilisi Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü şəxs tutulub.

Məlumata əsasən, istintaqla müəyyən edilib ki, şübhəli şəxs qanunsuz olaraq vətəndaşa məxsus avtomobili ələ keçirərək hadisə yerindən qaçıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində o, “isti izlərlə” saxlanılıb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə aparılır. Bu maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →