—

DTX keçmiş əməkdaşını və hazırda DİN-də çalışan şəxsi saxladı – məxfi məlumatın yayılmasında ittiham olunur

327
DTX keçmiş əməkdaşını və hazırda DİN-də çalışan şəxsi saxladı – məxfi məlumatın yayılmasında ittiham olunur
Dinləmək üçün basın

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat nəticəsində bir şəxsi saxlayıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat nəticəsində bir şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, saxlanılan şəxs qurumun keçmiş, hazırda isə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

Bildirilib ki, o, Dövlət Təhlükəsizliyi Xidmətindən məxfi məlumatın qanunsuz çıxarılmasında ittiham olunur.

Məlumata əsasən, əməliyyat DTX və DİN-in Baş İnspeksiyalarının birgə həyata keçirdiyi tədbirlər çərçivəsində baş tutub.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə aparılır.

DTX bəyan edib ki, istənilən məxfi məlumatın sızdırılmasına qarşı xüsusilə sərt mövqe tutulacaq və bu cür əməllər törədən şəxslər ən ağır şəkildə cəzalandırılacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →