InterPress.ge xəbər verir ki, Mtavari Arxinin məlumatına görə, toy mərasimində rus dilində “kriminal mahnıları” fonunda əylənən polis əməkdaşı işdən azad edilib.
Qeyd olunur ki, sözügedən görüntülər iki gün əvvəl yayılıb və ictimai rezonans doğurub.
Məlumata əsasən, işdən çıxarılan şəxs Marneuli bələdiyyə məclisinin üzvü Anar Dursunovun oğlu – Emil Dursunovdur.
Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlaması hələlik yayılmayıb.
