Marneuli şəhərində yerləşən mərkəzi polis şöbəsinin qarşısında çoxlu sayda xüsusi təyinatlı qüvvələr səfərbər edilib.
InterPress.ge xəbər verir ki, qeyri-rəsmi məlumata görə, gecə saatlarında ərazidə xüsusi əməliyyat keçirilib.
Məlumatlara əsasən, əməliyyat nəticəsində bir neçə nəfərin saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

